“Eksperiment “Xəzər Lənkəran”a yaraşmaz”
31.07.2012 - 13:31
Avroliqada çıxışını başa vuran “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Avroliqada mübarizəni dayandırdıqdan sonra komandada vəziyyət necədir?
- Pis deyil. Hazırda məşqlərimizi Lənkəranda edirik. Daha sonra Bakıya gəlib, ilk turda “Rəvan”la səfər matçına son hazırlığımızı keçəcəyik.
- Startda nəyə ümid edirsiniz?
- Sözsüz ki, çempionata yaxşı başlamaq istəyirik. Ancaq bu, heç də asan olmayacaq. Çünki “Rəvan” zəif komanda deyil. Ötən mövsüm oyunlarını izləmişəm və sizə deyim ki, xoşuma gəlib. Sabit komandadır. İndi yeni baş məşqçiləri var, Türkiyədə yaxşı hazırlıq keçiblər. Ancaq hazırkı “Rəvan”ın oyununu görməmişəm deyə, zəif və güclü tərəflərini bilmirəm.
- Ümumiyyətlə, növbəti mövsümdən nə gözləyirsiniz?
- Təbii ki, uğurlu çıxış. Ancaq hələ yeni transferlər etmədiyimizdən, çox narahatam. Bizə mütləq yeni futbolçular lazımdır. Əks halda, çox çətin olacaq.
- Çempionat bu həftə start götürsə də, “transfer pəncərəsi” avqustun 31-də bağlanacaq. Yəni, transferlər üçün hələ 1 ay vaxtı var...
- Düzdür. Ancaq onu nəzərə alaq ki, həmin vaxtadək çempionatda oynamalıyıq, 31-ə kimi 4 matçımız olacaq. Buna görə də indiki vəziyyətimiz çox çətindir. Demək olar 11 futbolçumuz qalıb. Düzdür, əvəzedici komandadan bir neçə futbolçu cəlb etmişik. Ancaq gənc, təcrübəsizdirlər və onları meydana buraxmaq, eksperiment aparmaq “Xəzər Lənkəran”a yaraşmaz. Həm də çempionata yaxşı başlamalıyıq. Mövsümə uğurlu startdan çox şey asılıdır.
- Avroliqada da futbolçunuz az olduğu halda, 3 futbolçunu – qapıçı Kamran Ağayev, yarımmüdafiəçi Rikardo Qomeş və kosta-rikalı Rendalla Brenesi transferə çıxarmaq nə dərəcədə məqsədəuyğun idi?
- Gəlin, bu suala cavab verməyim.
- Maraqlıdır, yaxşı maliyyə imkanlarına malik “Xəzər Lənkəran”a yeni transferlər etməyə nə mane olur?
- Mane olan bir şey yoxdur. Biz futbolçu ilə danışırıq, razılaşırıq, ancaq son anda nəsə problem çıxır. Nəticədə istədiyimiz legionerlər başqa ölkəyə gedirlər.
- Məsələn, hara?
- Fransa, Şotlandiya, Belçikanın yüksək liqalarına. Biri Çempionlar Liqasının qrupuna düşən komandaya getdi. Onlar da oturub gözləmirlər, seçim edirlər. Özü də bizə xəbərdar edirlər ki, başqa variantım var, hansı daha yaxşı olsa, ona üstünlük verəcək. Sonradan xəbər çıxır ki, digər kluba keçib.
- Hər halda, siz də legioner siyasətinə çox diqqətlə yanaşır, hər legioneri götürmürsünüz...
- Mən hər futbolçunu komandaya götürmək istəmirəm. Gərək onu canlı görüm. Disklə izlədiyimiz səviyyəli legionerlər isə birbaşa müqaviləyə gəlirlər. Ancaq bu da hələlik alınmadığından, çox çətin vəziyyətdəyik. Bilirsiniz, nə maraqlıdır?
- Nə?
- Transfer etmək istədiyimiz legionerlər güclü klublara keçirlər.
- Ancaq bunun sizə faydası yoxdur. Hər halda, onları komandanıza gətirə bilmirsiniz...
- Bəli, əldən çıxırlar. Deyim ki, klub rəhbərliyi komandaya yeni futbolçu götürmək istəmir – belə bir şey yoxdur. Ancaq istədiyimizi reallaşdıra bilmirik. Transfer xatirinə transfer etmək fikrimiz yoxdur. Etsəm, mənə deyəcəklər ki, bu nə legionerlərdir? Ancaq futbolçu olmayanda da məsuliyyət bir baş məşqçi kimi mənim üzərimə düşür. Yəni istənilən halda, heyətə, nəticəyə görə cavabdehliyi mən daşıyıram.
- Təbii ki, transferlər təkcə legionerlər yox, yerli futbolçular da ola bilər...
- Elədir. Mən komandaya yerli futbolçu götürməyi çox istəyirəm. Ancaq hazırda belə oyunçu yoxdur. Əslində, mən istədiyim futbolçular çoxdur. Ancaq onların hamısının klubları ilə müqavilələri olduğundan, transfer edə bilmirik.
- Hazırda yeni futbolçularla bağlı hansı variantlar var? Danışıq apardığınız futbolçular kimlərdir?
- Dünən 1 legionerlə danışmışıq. Ondan cavab gözləyirik. Razılığını versə, birbaşa müqavilə imzalayacağıq.
- Yəqin ki, hücumçudur...
- Yox. Başqa mövqedə çıxış edir. Hələ konkret danışmaq istəmirəm.
- Neçə futbolçu transfer etmək fikrindəsiniz?
- Ən azı 5-6 futbolçu.
- Ağayevin gedişindən sonra qalan 2 qapıçınız – Kamal Bayramovla Orxan Sadıqlının oyun təcrübəsinin yoxluğu problemdir. Bu mənada əcnəbi qapıçı transferi qaçılmazdı...
- Bu mövqeyə də futbolçu almağı nəzərdə tutmuşuq. Ancaq yəqin ki, ilk turda öz qapıçımızdan istifadə edəcəyik.
- Yeni futbolçular gələndən sonra onların çempionatın gedişində uyğunlaşmağı baxımından vaxt lazım olacaq. Bu, problem yaratmayacaq?
- Yox. Transferlərimiz olsun, biz onları komandaya uyğunlaşdırarıq.
Mehman SÜLEYMANOV

- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0