“Neftçi” imkanlı klubdu, ancaq pul hər şeyi həll etmir”
31.07.2012 - 23:12
"Mən komandama inanıram və qarşıdakı oyundan ancaq qələbə gözləyirəm. Rəqibə hörmətlə yanaşırıq. Ancaq məqsədimiz dəyişmir. Oyuna həddsiz istək və aqresiya ilə çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Hapoel”in (İroni Kiryat) klubunun baş məşqçisi Gili Landau deyib.
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq İsrail təmsilçisinin çalışdırıcısı paytaxt klubunun büdcəsindən və "ağ-qaralar" haqda topladıqları məlumatdan danışıb.
“Bu, sirr deyil ki, bizim elə də böyük büdcəmiz yoxdur və bu mənada imkanlı klublarla başa-baş gələ bilmərik. Bilirik ki, “Neftçi” də imkanlı klubdu, ancaq pul hər şeyi həll etmir və biz bunu meydanda sübut etməyə çalışacağıq” – deyə, Landau bildirib.
O, həmçinin qeyd edib ki, rəqibin 4 futbolçu ilə güclənməsindən xəbərdardır: “Rəqibin istəyi və məqsədi də bizə məlumdur. Odur ki, ilk dəqiqələrdən oyuna nəzarəti ələ almağa və rəqibə diktə etməyə çalışacağıq. Bundan əvvəlki mərhələdə göstərdiyimiz oyunu ortaya qoymalıyıq. Futbolçularıma da başa salmışam ki, tarix yazmaq üçün bizim gözəl şansımız var. Əminəm ki, sabah tribunalar da dolu olacaq və minlərlə azarkeş bizi dəstəkləyəcək”.
Qeyd edək ki, “Hapol”-“Neftçi” matçı sabah Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0