“El Klassiko”ların yeni dahisi - FOTO
24.08.2012 - 12:49
“Barselona”nın futbolçusu Lionel Messi növbəti rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı argentinalı hücumçu İspaniya Superkubokunda ardıcıl 4 oyunda qol vuran ilk futbolçu olub.
O, rekordunu “Real”a evdə 3:2 hesabı ilə qalib gəldikləri matçın 70-ci dəqiqəsində penaltidən vurduğu qolla müəyyənləşdirib.
Lionel “El Klassiko”da 14-cü qolunu vurmaqla, bu göstəricidə Sezar Rodrigesə çatıb. O, 50-ci illərdə “Barsa”da oynayıb. İndi Messini derbidə vurulan qollara görə “Real”ın sabiq hücumçuları – Anlfredo Di Stefano (18 qol) və Raul Qonsales (15) qabaqlayır.

0
0