Millidə 2 yeni futbolçu
07.09.2012 - 14:41
Millidə 2 yeni futbolçu
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün İsrail, sentyabrın 11-də Portuqaliya ilə qarşılaşacaq yığmamıza daha 2 futbolçu qoşulub. Sentyabrın 6-a qədər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışında olan Bədavi Hüseynov və Rizvan Umarov bu gündən etibarən əsas milli komandasının heyətinə cəlb olunub.