Tərlan Əhmədov: Oyunu dəyişəcək futbolçumuz yoxdur
28.10.2012 - 18:12
Tərlan Əhmədov: Oyunu dəyişəcək futbolçumuz yoxdur
“Komandamızın baş məşqçisi Böyükağa Hacıyevin səhhətində problem yarandığı üçün mətbuat konfransında iştirak edə bilmir. “Rubin”lə oyundan sonra komandanı bugünkü oyuna kökləmək çətin idi, yorğun idik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib.

O, “Topaz” Premyer Liqasının X turunda “Rəvan”a 0:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Meydançanın süni örtüklü olması da oyunumuza təsir etdi. Komandanın ehtiyat oyunçuları azdır, oyunumuzu dəyişəcək futbolçumuz yoxdur”.