Cüneyt Biçər özünə komanda tapdı
29.10.2012 - 11:38
Cüneyt Biçər özünə komanda tapdı
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçərin işsiz günlərinə son qoyulub. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis karyerasını vətənində davam etdirəcək.

O, Spor Toto 2 Liqa Qırmızı Qrup komandalarından “Nazilli Bələdiyyəspor”la anlaşıb. Belə ki, ötən həftə Mustava Cevizi baş məşqçilikdən qovan klub rəhbərliyi Biçərlə 1 illik rəsmi müqavilə bağlayıb.

Qeyd edək ki, Biçər Azərbaycanda “Xəzər Lənkəran”dan öncə “Bakı”da da çalışıb və komandaya Azərbaycan kubokunu qazandırıb.