I dövrə bitir: Paytaxtda mərkəzi oyunlar, “Xəzər Lənkəran” tanış məkanda
29.10.2012 - 12:50
Sabah Topaz Premyer Liqasında I dövrənin son turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, XI tur paytaxtda 2 oyunla başlayacaq.
Bakı derbisində mövsümə yaxşı başlasa da, son turlarda qələbə üzünə həsrət qalan AZAL qeyri-sabit çıxış edən “Bakı” ilə qarşılaşacaq. “Zolaqlılar” ən çox heç-heçə edən, ən az qələbə qazanan komandadır ki, bunun nəticəsində sondan əvvəlki pillədə qərarlaşıb. Düzdür, “Bakı”nın ehtiyatda 1 oyunu var ki, sabah səfərdə qalib gələrsə, həmşəhərliləri ilə xal fərqini minimuma endirəcək.
Liderlər qrupunda yer alan “İnter” son pillənin sahibi “Kəpəz”i qonaq edəcək.
Ertəsi gün paytaxtda keçiriləcək matçları mərkəzi oyunlar saymaq olar. Respublika stadionunda son oyunlarda qələbə qazana bilməyən “Qarabağ”la “Qəbələ” münasibətlərini ayırd edəcək. Qəbələlilərin baş məşqçi postuna qayıdan Ramiz Məmmədov ilk qələbəsini 3-cü pillədə gedən komanda ilə oyunda qazanmağa çalışacaq.
Lider “Simurq”un “Neftçi” ilə səfər oyunu da maraq doğurur. Zaqatalalılar mövsümə inamlı başlasa da, son 2 oyunda cəmi 1 xal qazanıb. “Neftçi” isə evdə yüz faizli nəticə göstərsə də, səfərdə zəif təsir bağışlayır.
“Turan”la “Rəvan” öz aralarındakı oyunda I dövrəni ilk “altılıq”da bitirməyə çalışacaq. Çoxlarının gözləmədiyi halda 4-cü pillədə olan tovuzluların baş məşqçi dəyişikliyindən sonra turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırdı. Əfqan Talıbov 3-cü oyunda ardıcıl 3-cü qələbəsini qazanarsa, ən azı 1 pillə də irəliləyə bilər. “Rəvan”da da baş məşqçi dəyişikliyi düşərli oldu və komanda “Neftçi” ilə “Xəzər Lənkəran”ı şəxsi oyunlarda xal fərqinə görə qabaqladığına görə 6-cı yerdədir. İlk dövrəni həmin pillədə başa vurmaq üçün Tovuzdan qələbə ilə qayıtmaq lazımdır.
“Xəzər Lənkəran” cari mövsümdə çıxdığı meydanda bir daha oynayacaq. Məsələ ondadır ki, komanda 17 yaşadək qızlar arasında dünya çempionatının oyunları Lənkəranda keçirildiyindən, “Simurq”la ev oyununu məhz Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirmişdi. Lənkəranlılar 0:2 hesabı ilə uduzduqları arenanın sahibi olan “Sumqayıt”ın qonağı olacaq. Rəqiblərin turnir cədvəlində qonşu olmağı da mübarizəni prinsipiallaşdırır. Hər 2 komandanın qalib gələrsə, I dövrəni ilk “altılıq”da başa vurmaq şansı var.
30 oktyabr
AZAL – “Bakı”
Bakı. “AZAL Arena” stadionu
“İnter” – “Kəpəz”
Bakı. “Şəfa” stadionu
31 oktyabr
“Qarabağ” – “Qəbələ”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
“Turan” – “Rəvan”
Tovuz. Şəhər stadionu
“Neftçi” – “Simurq”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
“Sumqayıt” – “Xəzər Lənkəran”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Bombardir: Junior Nildo (AZAL) – 7

| komandalar | o | q | h | m | t | x | |
1 | Simurq | 10 | 5 | 4 | 1 | 12-4 | 19 |
2 | İnter | 9 | 4 | 4 | 1 | 8-4 | 16 |
3 | Qarabağ | 10 | 3 | 5 | 2 | 12-11 | 14 |
4 | Turan | 10 | 4 | 1 | 5 | 10-13 | 13 |
5 | AZAL | 9 | 3 | 4 | 2 | 14-9 | 13 |
6 | Rəvan | 10 | 3 | 3 | 4 | 10-12 | 12 |
7 | Neftçi | 7 | 4 | 0 | 3 | 13-9 | 12 |
8 | Xəzər L | 9 | 3 | 3 | 3 | 12-8 | 12 |
9 | Sumqayıt | 10 | 3 | 2 | 5 | 9-17 | 11 |
10 | Qəbələ | 10 | 2 | 4 | 4 | 9-12 | 10 |
11 | Bakı | 8 | 1 | 6 | 1 | 7-6 | 9 |
12 | Kəpəz | 10 | 2 | 2 | 6 | 7-18 | 8 |
Bombardir: Junior Nildo (AZAL) – 7
0
0