Hava millimizin oyunlarını təxirə saldı
29.10.2012 - 16:05
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, millimiz bu gün Avstriya, oktyabrın 31-də isə İsveçlə qarşılaşmalı idi. Amma hava şəraiti münasib olmadığından bu oyunlar ertələnib.
Avstriya - Azərbaycan oyunu oktyabrın 30-da, İsveç - Azərbaycan qarşılaşması isə noyabrın 1-də keçiriləcək. Oyunların başlanma vaxtında dəyişiklik edilməyib. Yığmamızın qrupda ilk oyunu Bakı vaxtı ilə saat 18:00-da, növbəti qarşılaşma isə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, yığmamızın çıxış edəcəyi 6-cı qrupun oyunları Avstriyada təşkil olunub.

0
0