9-cu duel, 6-cı qələbəyə doğru - STATİSTİKA
29.10.2012 - 16:29
“Topaz” Premyer Liqasının XI turu çərçivəsində keçiriləcək “İnter” – “Kəpəz” matçı hər 2 komanda üçün sayca 9-cu olacaq. Apasport.az-ın “bankirlər”in rəsmi saytına istinadən məlumatına görə, bunadək komandalar bir-birilə 8 dəfə məhz çempionatda qarşılaşıblar.
“İnter” rəqibini 5 dəfə məğlub etdiyi halda, “Kəpəz” 1 qələbəyə malikdir. 8 oyunun 2-si isə heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi “İnter”in də xeyrinədir - 12:3.
Komandalar ilk dəfə 2004-cü ilin noyabrın 24-də çempionat çərçivəsində üz-üzə gəlib. Gəncədə baş tutan həmin görüş 1:0 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. Bu dueldə ilk müəllifi belaruslu Vladimir Makovskiy olub.
“İnter” – “Kəpəz” oyunlarında ən populyar hesab da 1:0-dır. Belə nəticə 8 görüşün 4-də qeydə alınıb. Bu klubların qarşılaşmasında böyükhesablı nəticə isə 5:0-dır. 2006-cı ildə “İnter” “Kəpəz”i məhz bu hesabla udub.
Bunadək komandaların keçirdiyi oyunlar
Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı oktyabrın 30-da saat 18.00-da "Şəfa" stadionunda keçiriləcək.

Mövsüm | Oyun | Hesab |
2004/05 | “Kəpəz”-“İnter” | 0:1 |
2004/05 | “İnter”-“Kəpəz” | 2:0 |
2005/06 | “Kəpəz”-“İnter” | 2:2 |
2005/06 | “İnter”-“Kəpəz” | 5:0 |
2010/11 | “Kəpəz”-“İnter” | 1:0 |
2010/11 | “İnter”-“Kəpəz” | 1:0 |
2011/12 | “İnter”-“Kəpəz” | 0:0 |
2011/12 | “Kəpəz”-“İnter” | 0:1 |

0
0