Fariz Nəcəfov: Dəyişiklik göz qabağındadı
29.10.2012 - 16:42
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi
- Ramiz Məmmədovun baş məşqçi postuna qayıdışından sonra komandanızın çıxışını necə dəyərləndirərdiniz?
- Nəticə yaxşı olmasa da, komandada dəyişiklik göz qabağındadı. Yəni, komandada mübarizlik, futbolçuların fərdi keyfiyyətləri artıq üzə çıxmağa başlayıb. Bu istiqamətdə işlər yaxşıdı. Ancaq nəticə göz qabağındadır və yəqin siz də razılaşırsınız ki, bu, yaxşı deyil. Ramiz müəllimin gəlişindən sonra 4 turda 3 xal toplamışıq.
- Bu nəticə sizi nə dərəcədə qane edir?
- Düzdü, komandamız Məmmədovun rəhbərliyi altında “Bakı” və “Xəzər Lənkəran”la səfərdə, AZAL-la evdə oynayıb. Həmin görüşlərdəki bərabərliyi başa düşmək olardı. Sözsüz, indiki söz-söhbətlərin səbəbi evdə “Turan”a məğlub olmağımızdır. Ancaq onu da nəzər almaq lazımdır ki, həmin matçın ilk hissəsində “Qəbələ” ən yaxşı oyunlarından birini keçirdi. Böyük üstünlük, rəqibin qapımıza yaxınlaşa bilməməyi buna sübutdur. Ancaq ikinci hissədə bəxt amili öz sözünü dedi. Həmin vaxt çox güclü leysan, dolu yağdı. Belə hava şəraitində isə komandalar arasında səviyyə, futbolçuların ustalıq fərqi bərabərləşir. Bu zaman eyni səviyyəli komandalar oynayır və birinci hissədəki komandamızdan əsər-əlamət qalmamışdı. Bəxt “Turan”ın tərəfində oldu və uduzduq. Bütün bunları təhlil etməkdə məqsədim odur ki, söz-söhbəti doğuran “Turan”a məğlubiyyətdir və bu, bəxtsizliklə bağlıdır. İkinci hissədə rəqib tərəfindən 1 hücum, 1 penalti, 1 qol oldu. Futbolda hər şey olur və maraqlı tərəfi də budur. İnşallah, komandamızın qarşıdakı turlarda güclü rəqiblərlə oynamağına baxmayaraq, itirilmiş xalları bərpa edəcəyinə inanıram.
- “Qəbələ”nin də penaltidən qol vurmaq şansı oldu. Ancaq Yannik Kamanan kimi təcrübəli hücumçu topu qapının üstündən vurdu. Bunu nə ilə izah etmək olar?
- Qardaş, bunun izahı yoxdur. Penaltini Ronaldo da vura bilmədi, Messi də. Bu şeyə görə futbolçunu günahlandırmaq düzgün olmazdı. Penaltini vura bilməmək sırf bəxtlə bağlıdır. Futbolun maraqlı, gözlənilməz tərəflərin hamısı “Turan”la oyunda bizim başımızda çatladı, əleyhimizə işlədi.
- Komandanın oyun planında yaxşılığa doğru dəyişiklər, baxımlı futbol göstərməyi yaxşı olsa da, əsas nəticədir. “Qəbələ” isə çoxlu xal itirərək, 10-cu pillədə yer alıb. Sizcə, yetərincə xal itkisi “altılığ”a düşmək işini çətinləşdirməyəcək?
- Sizin dediyiniz məsələ ilə razılaşıram. Ancaq bizim bəxtimizdən digər iddialı komandalar da xal itirirlər. Bir az təskinliyi hardasa onda tapmaq olar ki, şanslarımı hələ olduğu kimi qalır. Sözsüz ki, komandamız öz oyununu tapıb. Qalıb qələbələr qazanmaqla, itirilən xalları bərpa etmək. Biz rəqiblərdən asılı olmayaraq, 2-3 oyunu udsaq, liderlər mövqeyinə qalxmaq olar. Buna görə hələ itirilən bir şey yoxdur, qarşıda yetərincə oyunlar var.
- Məmmədovla onu əvəzləyən Fatih Kavlakı müqayisə edəndə, hansı qənaətə gəlirsiniz? İndiki çalışdırıcını türkiyəli baş məşqçidən hansı cəhətlərində üstün saymaq olar?
- Kavlakın ötən mövsümün qış fasiləsindən sonra qazandığı nəticələr, “altılıq”da ən çox xal toplayan komandanın “Qəbələ” olmağını nəzərə alıb ona şans verdik. Fikirləşdik ki, yeni baş məşqçinin gəlişi bizi 1 il geri salacaq. Kavlakın cari mövsümdə uzun müddət nəticə verməməyinin səbəbini çox təhlil etmişik. Mənə elə gəlir ki, o, futbolçuları psixoloji cəhətdən tam hazırlaya bilmirdi. Mən Kavlakın zəif nəticəsini bunda görürəm. O, hərtərəfli yaxşı idi. Sadəcə, futbolçular tam əhval-ruhiyyədə meydana çıxa bilmirdilər. Ramiz müəllim gələndən sonra yeni nəfəs qatdı, futbolçularla fərdi söhbətlər edib öz sözünü dedi. O, uşaqlarla yaxşı dil tapdı və inşallah, yaxşı olar.
- Məmmədov intizama xüsusi diqqət yetirməyi ilə seçilir. Onun futbolçulara kompüterdən istifadə ilə bağlı sərt qadağaları komandaya necə təsir edə bilər?
- Bu suala birmənalı cavab vermək düzgün olmazdı. Buna futbolçular cavab versəydi, daha yaxşı idi. Əlbəttə, futbolçudan, məşqçinin ona demək tərzindən çox şey asılıdır. Ancaq mənə elə gəlir ki, Məmmədovun gördükləri müsbət tədbirlərdir və bunlar bizi sevindirir. Biz dediyiniz məsələ ilə bağlı baş məşqçi ilə danışmışıq ki, bu qədər sərt qərarlar komandaya başqa cür təsir eləməsin.
- Belə demək olar ki, mövsümün gedişində baş məşqçi dəyişikliyi gözlənilmir və Məmmədova ən azı mövsümün sonuna kimi etimad göstəriləcək?
- Baş məşqçi dəyişikliyinə birbaşa klub prezidenti qərar verir. Ancaq inanıram ki, komandamızın “altılığ”a düşmək şansı çox böyükdür. Hətta çempionluq və avrokuboklara oynamaq imkanlarımız da çox genişdir. “Qəbələ”nin 2-ci yerlə gedən komanda arasında 6 xal fərqi var. Sözsüz ki, bu, çox az fərqdir və qarşıdakı yetərincə turlar var.

0
0