“Futbolçulara cərimələr hansı şəkildə verilib, onu biz bilirik”
29.10.2012 - 17:23
“Komandamızın çıxışını futbolçularla birgə təhlil etmək çox maraqlı idi. Bu işi “Turan”la oyun öncəsi etdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib. O, komandada maaşların yubanmağı ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib.
Nəcəfovun sözlərinə görə, futbolçulara müxtəlif vaxtlarda cərimələr, xəbərdarlıqlar olunsa da, bunun maaşların gecikməyi ilə heç bir bağlılığı yoxdur: “Mən futbolçularla söhbətimdə nə suallarının, xahişlərinin olduğunu soruşdum. Mənə pulla bağlı heç kim istək, yaxud narazılıq demədi. Ümumiyyətlə, mən səmimiyəm və futbolçularla çox səmimi söhbətləşdik. Kimsə qıraqda nəsə danışırsa, bu onun öz problemdir. Bizdə elə bir maddi problem yoxdur”.
Vitse-prezident bu günə kimi klubda maaşlar çox yubanmağı halı olmadığını bildirib: “Halbuki bunun olmağına səbəb - nəticələr, komandanın yeri və sair vardı. Komandanın çıxışı ona əsas verirdi ki, futbolçulara belə cəzalar tətbiq olunsun. Tədbirin görülməyi növündən çox şey asılıdır. Biz açıqlamaq istəmədiyim elə cəza tədbirləri görmüşük. Ancaq bunun birbaşa maaşın gecikməyi ilə əlaqəsi yoxdur. Futbolçulara cərimələr hansı şəkildə verilib, biz onu bilirik”.

0
0