17-ci derbi
29.10.2012 - 17:35
“Topaz” Premyer Liqasının XI turu çərçivəsində keçiriləcək AZAL – “Bakı” matçı sayca 17-ci olacaq. Apasport.az saytının məlumatına görə, bu komandaların arasında keçirilən oyunlarda tarazlıq hökm sürür.
İndiyədək baş tutan 16 qarşılaşmada klublar bərabər sayda hərəyə 6 qələbə qazanıblar. 4 matçda isə qalib müəyyənləşməyib. Vurulan topların fərqində də komandalar arasında bərabərlik var - 13:13.
AZAL-la “Bakı” arasında ilk paytaxt derbisi 2005-ci ilin dekabr ayının 10-da çempionat çərçivəsində baş tutub. “Bakı” həmin qarşılaşmada nominal meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib.
AZAL – “Bakı” oyunlarında ən populyar hesab da 1:0-dır. Belə nəticə 17 görüşün 6-da qeydə alınıb. Bu klubların qarşılaşmasında ən böyükhesablı nəticə isə 3:0-dır. 2007-ci ildə o zaman “Olimpik” adlanan AZAL rəqibini məhz bu hesabla məğlub edib.
Qeyd edək ki, AZAL – “Bakı” matçı oktyabrın 30-da AZAL arenada keçiriləcək.

10.12.2005 | Olimpik (Bakı) - Bakı | 0:1 |
14.05.2006 | Bakı - Olimpik (Bakı) | 2:0 |
05.08.2006 | Bakı - Olimpik (Bakı) | 1:0 |
11.02.2007 | Olimpik (Bakı) - Bakı | 0:0 |
30.09.2007 | Olimpik (Bakı) - Bakı | 3:0 |
06.04.2008 | Bakı - Olimpik (Bakı) | 0:1 |
04.10.2008 | Bakı - Olimpik (Bakı) | 3:1 |
05.04.2009 | Olimpik (Bakı) - Bakı | 2:1 |
20.09.2009 | Olimpik-Şüvəlan (Bakı) - Bakı | 0:1 |
20.12.2009 | Bakı - Olimpik-Şüvəlan (Bakı) | 0:0 |
07.08.2010 | Bakı - AZAL (Bakı) | 2:3 |
25.02.2011 | AZAL (Bakı) - Bakı | 0:0 |
10.04.2011 | AZAL (Bakı) - Bakı | 1:0 |
07.05.2011 | Bakı - AZAL (Bakı) | 2:1 |
30.09.2011 | Bakı - AZAL (Bakı) | 0:0 |
04.12.2011 | AZAL (Bakı) - Bakı | 1:0 |

0
0