Mahmud Qurbanov: Mən hara gəldiyimi yaxşı bilirdim
29.10.2012 - 21:57
“İnter”lə oyun öncəsi heyətlə bağlı bir az çətinliyimiz var. Bəxtiyar Soltanov mövsümdə 4-cü sarı vərəqəsini aldığından cəzalıdır. 3-4 futbolçumuzda isə zədə problemi var. Onların meydana çıxıb-çıxmayacağına oyun günü qərar verəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Topaz Premyer Liqasının I dövrəsinin son turunda sabah “İnter”lə səfər oyununa çıxacaq gəncəliləri liderlər qrupunda yer alan komanda ilə çətin sınaq gözləyir.
Qurbanov bildirib ki, üzləşdikləri çətinliklərə baxmayaraq matça ciddi hazırlaşıblar və komandada əhval-ruhiyyə yaxşıdır: “İnter” “oturuşmuş” komandadır. Futbolçularının çoxu neçə illərdir bir yerdə oynayırlar. Bu üzdən bizi çətin oyun gözləyir. Ancaq əlimizi yana salmaq fikrimiz yoxdur. Bizə lazım olan nəticəni qazanmağa çalışacağıq. Bu, uduzmamaq şərti ilə bütün nəticədir. Hazırda turnir mövqeyimiz yaxşı deyil. Sonuncu pillədə qərarlaşmışıq, rəqiblərimiz bizdən aralanır və turnir cədvəlindəki vəziyyəti bizi xal qazanmağa məcbur edir”.
39 yaşlı keçmiş yarımmüdafiəçi heyətində çempion olduğu “İnter”i yaxşı tanıyaraq, keçmiş komandası ilə oyunun onun üçün prinsipial xarakter daşımadığını bildirib: “Mən bütün komandalara oyuna eyni gözlə baxıram, rəqiblərdən kimisə fərqləndirmirəm. Biz bütün matçlara eyni cür hazırlaşırıq. Bu da növbəti tur oyunudur. Futbolçu olmaq başqadır, baş məşqçi olmaq başqa. Sadəcə, turlar arasında fasilə az olduğundan, futbolçuları qısa zamanda növbəti oyuna yükləmək bir az çətindir. Futbolçular ağır yükləndiyindən, tez-tez meydana çıxmaq çətinlik yaradır. Ancaq digər tərəfdən, futbolçu nə qədər çox oynayarsa, onun üçün bir o qədər yaxşıdır”.
10 dəfə Azərbaycan çempionluğunu, 5 dəfə ölkə kubokunu qazanmaqla, ən titullu futbolçumuz olan Qurbanov indi autsayder komandanın baş məşqçisi olduğuna görə ruhdan düşmür: “Mən hara gəldiyimi yaxşı bilirdim. Məşqçi təcrübəmin olmadığına baxmayaraq, çətinlikdən qorxmadım və işləmək istəyirəm. Sadəcə, heyətlə bağlı çətinliklər, futbolçu sarıdan korluq çəkməyimiz xüsusilə zədəlilər, cəzalılar olanda öz sözünü deyir. Bununla gileylənmirəm, sadəcə, bu planda bir az “axsayırıq”.
Mehman SÜLEYMANOV

0
0