“İnter”dən asan, AZAL-dan əzmkar qələbə
30.10.2012 - 21:00
“İnter”dən asan, AZAL-dan əzmkar qələbə
Bu gün keçirilən iki oyunla Topaz Premyer Liqasında I dövrənin son turuna start verilib. Apasport.az saytının məlumatına görə, hər iki qarşılaşma paytaxtda baş tutub.

“Şəfa” stadionunda lider “İnter” autsayder “Kəpəz”lə qarşılaşıb. Erkən qola üzülməsinə baxmayaraq, “bankirlər” bunun əvəzini artıqlaması ilə çıxıblar.

İlk yarıdaca İbrahima Niassenin dublu ilə fasiləyə üstün yollanan “İnter” növbəti hissədə daha bir dəfə fərqlənib. Baçana Sxadadzenin dəqiq zərbəsindən sonra 3:1 hesablı qələbəni rəsmiləşdirən paytaxt təmsilçisi turnir cədvəlində birinci pilləyə yüksəlib. Amma “Simurq” “Neftçi” ilə oyunda uduzmayacağı təqdirdə, “bankirlər” yenidən ikinci pilləyə düşəcək.

Daha bir qarşılaşma Şüvəlanda baş tutub. Paytaxt derbisində AZAL “uğursuzluq zolağı”nda olan “Bakı”nı qəbul edib.

Düzdü, oyuna qonaq komanda daha yaxşı başlayıb, qol vursa da, “zolaqlılar” sonda xalsız qalıblar. 39-cu dəqiqədə Viktor İqbekoyinin qol ilə hesabda tarazlıq yaradan AZAL bir də 76-cı dəqiqədə fərqlənib. Junior Nildo həm komandasının qələbə, həm də cari mövsümdə 8-ci qolunu vurub.



30 oktyabr
“İnter” – “Kəpəz” - 3:1
QOLLAR: İbrahima Niasse, 38, 45; Baçana Sxadadze, 55 - Elxan Əzizov, 4
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Ramiz Əsədov, Orxan Məmmədov
Bakı. “Şəfa” stadionu
“İnter”: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlya Kandelaki, 20. Brüs Abdulaye, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 29. Ruslan Cəfərov
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 17. Aleksandr Qross, 21. Arif Daşdəmirov, 23. Tales Şütz, 77. Ramil Mansurov
Baş məşqçi: Kaxaber Sxadadze
“Kəpəz”: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 10. Armand Feutçine, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 14. Elxan Əzizov , 17. Ceyhun Əhmədov, 30. Yuri Fomenko, 88. Bujamin Asani
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 3. Təbriz Hüseynli, 8. Elvin Həsənəliyev, 11. Ziyabil Məmmədov, 18. Nikolay Svekentsev, 20. Emin Əliyev, 33. Coşqun Süleymanov
Baş məşqçi: Mahmud Qurbanov

AZAL – “Bakı” - 2:1
QOLLAR: Viktor İqbekoyi, 39; Junior Nildo, - Lukas Mario Horvat, 10
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Zeynal Zeynalov, Anar Salmanov
Bakı. “AZAL Arena” stadionu
AZAL: 1. Amil Ağacanov, 20. Branislav Arseniyeviç, 2. Juan Fransisko, 3. Usim Nduka (k), 4. Jose Junior Ailton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 17. Viktor İqbekoyi, 28. Artur Patraş, 11. Zohair Benouahi, 16. Junior Nildo
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 15. Oskars Klava, 10. Tərlan Xəlilov, 26. Etibar Şahmərdanov, 8. Elman Taqayev, 19. Orxan Səfiyaroğlu
Baş məşqçi: Vaqif Sadıqov
“Bakı”: 82. Edin Nuredinoski, 3. Denis İvanov, 10. Lukas Mario Horvat , 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 23. Maris Verpakovskis, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev , 77. Aleksandar Soliç
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 2. Edemir Rodrigez, 6. İbrahim Karqbo, 8. Junior Vilson, 17. Ramazan Abbasov, 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov
Baş məşqçi: Bojidar Bandoviç


komandaoqhmtx
1
İnter
10
5
4
1
11-5
19
2
Simurq
10
5
4
1
12-4
19
3
AZAL10
4
4
2
16-10
16
4
Qarabağ
10
3
5
2
12-11
14
4
Turan
10
4
1
5
10-13
13
6
Rəvan
10
3
3
4
10-12
12
7
Neftçi
7
4
0
3
13-9
12
8
Xəzər L
9
3
3
3
12-8
12
9
Sumqayıt
10
3
2
5
9-17
11
10
Qəbələ
10
2
4
4
9-12
10
11
Bakı
9
1
6
2
8-8
9
12
Kəpəz
11
2
2
7
8-21
8

Bombardir: Junior Nildo (AZAL) – 7