“Bakılı”nın prezidenti hakimləri söydü
30.10.2012 - 12:47
AFFA “Bakılı” klubunun prezidenti Misir Əbilovu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb Əbilovun hakimləri növbəti dəfə təhqir etməsidir.
Belə ki, Əbilov Azərbaycan kubokunun 1/16 final mərhələsində MOİK-ə uduzduqları oyundan sonra hakimlərin ünvanına təhqiramiz sözləri işlədib. Buna görə, klub prezidenti 5 oyunluq cəzaya və 500 manat cəriməyə məruz qalıb.
Həmin oyunda aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alan “Bakılı”nın futbolçusu Rəşad Kərimov 4 oyun cəzalanıb, klubunu 400 manat xərcə salıb.

0
0