Georgi Çixradze: “İnter”ə uduzmağımızın səbəbi var - MÜSAHİBƏ
30.10.2012 - 13:37
“Simurq” klubunun gürcüstanlı baş məşqçisi Georgi Çixradzenin apasport.az saytına müsahibəsi
- Komandanız liderliyini davam etdirsə də, son 2 oyunda cəmi 1 xal qazanıb. Bunu nə ilə izah edərdiniz?
- Bunun obyektiv tərəfi var. Komanda daim uğurla oynaya bilməz. Hərçənd, “uğursuzluq zolağı”nda olduğumuzu düşünmürəm. Sadəcə, səbəblər var. Birincisi, çempionatda fasilə oldu və bundan sonra “İnter”lə qarşılaşdıq. Rəqib yaxşı komanda idi və 0:1 hesabı ilə uduzduq. Bundan sonra evdə AZAL-la 1:1 hesablı heç-heçə etdik. Bu ərəfədə bizdə zədəli futbolçular vardı. Hazırda futbolçularımızın sayı çox deyil. Demək olmaz ki, indi böyük ehtiyat qüvvəmiz var və onlar əsas heyətdəkiləri layiqli əvəzləyə bilir. Hərçənd, heyətdə müəyyən rəqabət var. Digər tərəfdən, son oyunlarımızı çox yaxşı təşkilatlanmış, balanslaşmış komandalarla keçirdik. Yəni deməzdim ki, zəif rəqiblərlə oyunlarda xal itirmişik və komandamız indi uğursuz çıxış edir. Sadəcə, daha uğurlu anlar var ki, komanda yaxşı çıxış edirdi. Bir də fərqli çıxış var ki, bunun obyektiv səbəblərini mən sizə dedim.
- Çoxları hadisələrinin belə axar alacağını, “Simurq”un tədricən xal itirib liderliyini əldən verəcəyini, ən yaxşı halda, ilk “altılıq”da yer alacağını düşünürdü...
- Bizim əsas məqsədimiz ilk növbədə “altılığ”a düşməkdir. Lider olmağımıza gəlincə, əvvəl belə demək olardı. Baxın, artıq 10 tur keçib və “Simurq” hazırda 1-ci yerdədirsə, bunun təsadüfi olduğunu demək olmaz. Bundan sonra hər şeyi oyunlar və turnir cədvəli göstərəcək. Görürsünüz ki, hər tur müəyyən gözlənilməz nəticələrlə keçir. İndi zəif, yaxud güclü komanda yoxdur. Hazırda hər oyunda nəticə uğrunda sona kimi mübarizə aparan komandalar var. Buna görə də hər nəticə mümkündür.
- Belə gözlənilməz nəticələrdən biri son turda “Rəvan” – “Neftçi” oyununda qeydə alındı. Növbəti turda qonağı olacağınız “Neftçi”nin həmin matçda 0:2 hesabı ilə uduzmağını necə qarşıladınız?
- Bilirsiniz, hər turu izləyəndən sonra heç bir komandadan, oyundan gözlənilməzlik gözləmirəm. Artıq bir neçə turdur əvvəlcədən proqnozlaşdırmaq olmayan nəticələri görürük. Sadəcə, hər komanda hər oyunda maksimal xal toplamağa çalışır.
- İndiki “Neftçi”nin oyunu sizdə hansı təəssürat oyadıb?
- “Neftçi” Azərbaycan çempionudur, Avroliqanın qrup mərhələsində çıxış edir. Təbii ki, çox səviyyəli komandadı. Bəli, futbolçularda “Rubin”lə oyundan sonra müəyyən yorğunluq görünürdü. Bu, obyektiv səbəbdir və bunu başa düşürəm. Ancaq “Neftçi”nin səviyyəsi, motivasiyası var. Elə vəziyyət olur ki, toparlanmağı bacarırsan. Məncə, “Neftçi” ilə oyunda bizə asan olmayacaq.
- “Neftçi”dəki bu problemlər sizin xeyrinizə ola bilər?
- Hər vəziyyətdə müsbət və mənfi tərəflər var. Onların yorğun olmaları vəziyyətin bir tərəfidir. Ancaq digər tərəfdən, son turda uduzmaları futbolçuları maksimal güclərini qoymağı sövq edir. Çünki “Neftçi” elə komanda deyil ki, məğlubiyyətə elə-belə yanaşsın. Buna görə də bizə nədəsə asan olacağını deməzdim. Çünki “Neftçi” məğlubiyyətdən sonra maksimal cəhətdən mobil vəziyyətdə olacaq.
- Bir də statistikanı nəzərə almaq lazımdır. “Neftçi” cari mövsümdə evdə keçirdiyi 4 oyunun hamısında qalib gəlib...
- Statistikaya gəlincə, mən həmişə irəli baxmağa çalışıram. Ümid edirəm ki, statistika gələcəkdə yaxşı olacaq. Keçmiş isə artıq tarixdə qalıb.
- İlk dövrəni lider kimi başa vurmağa çox yaxınsınız və burada sizin əməyiniz böyükdür. Ümumiyyətlə, komandanızın belə uğurlu çıxışını çempionatın əvvəlində proqnozlaşdıra bilərdiniz?
- İlk növbədə obyektiv olaraq onu demək istəyirik ki, liderliyimiz təkcə mənim yox, bütün klubun xidmətidir. Bura rəhbərlik, futbolçular, məşqçilər korpusu aiddir. Bu, ümumi zəhmətin nəticəsidir ki, “Simurq” hazırda 1-ci pillədə qərarlaşıb. Mən deməzdim ki, bu, təsadüfidir. Ötən mövsüm 10 tur qalmış komandaya gələndə, onun 6 oyun dalbadal qələbəsi yox idi, faktiki qol vurmamışdı. Mənim vaxtımda 4 dəfə qalib gəldik, 5 heç-heçə etdik, yalnız 1 oyunda uduzduq. Çempionatda sona kimi mübarizə apardıq və yüksək liqada yerimizi qoruyaraq, 9-cu olduq. Yəni uğurun əsası həmin vaxt qoyulmuşdu. Bu yay fasiləsində yaxşı seleksiya işi gördük, hazırlıq keçdik. Yəni liderliyimiz görülən məqsədyönlü işin nəticəsidir.
- Bu, faktdır ki, sona kimi bu tempdə mübarizə aparmaq üçün ehtiyat qüvvəniz olmalıdır. Heyətin gücləndirilməyi yönündə nə düşünürsünüz?
- Potensialımız qış fasiləsinə kimi aydın olacaq. Onda görəcəyik ki, nəyə iddia edə bilərik. Bundan sonra atacağımız addımlar atmaq danışmaq olar. Həmin qərarları qış fasiləsində qəbul edəcəyik, indi bu haqda konkret bir şey demək tezdir. Hazırda əsas vəzifəmiz “altılığ”a düşməkdir.
- Azarkeşləriniz “İnter”ə məğlubiyyətdən sonra komandadan çox narazı qalmışdılar. Hazırda tərəfdarlarınızla münasibətləriniz necədir?
- Bunda həm təsadüf, həm də obyektiv səbəblər var. “Simurq”un ənənəvi olaraq “İnter”ə uduzmağı o demək deyil ki, bu, həmişə belə olacaq. Təəssüf ki, biz həmin oyunda uduzduq və bu, xoşagəlməz idi. Üstəlik, bu, cari mövsümdə ilk məğlubiyyətimiz idi. Problemlərimizi nəzərə alsaq, bu məğlubiyyəti faciə etmək düzgün olmazdı. Düzdür, mən azarkeşləri başa düşürəm və komanda 1-ci yerdə gedərək, “İnter”lə oyuna qədər uduzmamışdı. Həmin nəticə həm azarkeşlərimiz, həm də bizim üçün üzücü idi. Ancaq bu, futboldur və biz AZAL-la oyun öncəsi azarkeşlərimizlə görüşüb, normal söhbətləşdik. Azarkeşlərimiz bundan sonra da bizi dəstəkləyəcəklər, biz də onları sevindirməyə çalışacağıq. Belə demək olar ki, “Simurq”un azarkeşləri Azərbaycanda ən yaxşılardan biridir və bizi çox güclü dəstəkləyirlər.
- Onları razı salmaq üçün heç olmasa bir dəfə “İnter”ə qalib gəlməlisiniz ki, xoşagəlməz söz-söhbətlərə də son qoyulsun...
- Mən də istəyirəm ki, bu şayiələr olmasın. “İnter”lə qarşıda ev oyunumuz var. İnşallah, “altılığ”a düşsək, yenə üzləşəcəyik. Əlbəttə, bunlar gələcəyin işləridir. İndi əsas odur ki, bütün fikirlərimiz “Neftçi” ilə sabahkı oyuna yönəlib.

0
0