Rəşad Sadıqov ədalətli seçki istəyir
30.10.2012 - 14:52
“FİFA-nın dünyanın ən yaxşı futbolçusu ilə bağlı açıqladığı 23 nəfərlik yekun siyahı ilə tanış olmuşam. Namizədlərimizi də təxminən bilirəm. Ancaq sözün düzü, bu ilki səsvermə bir az çətindi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
Növbəti dəfə ali futbol qurumunun sorğusuna qatılacaq 30 yaslı müdafiəçi bildirib ki, çətin seçim qarşısında qalıb. Buna da səbəb, Rəşadın konkret favoritinin olmamağıdır: “İspaniya yığması Avropa çempionluğunu qazansa da, heyətində elə bir futbolçu olmadı ki, bütün komandadan seçilsin. Demək olar 4-5 nəfər eyni səviyyədə oynadı. Bir tərəfdən də Messi ilə Ronaldo. Onlar bu il nə yığmada, nə də klubda nəticə veriblər”.
Rəşadın fikrincə, “Qızıl top”un ispaniyalı futbolçu qazanmalıdı: “Çünki İspaniya yığması ardıcıl 3 böyük turnirdə nəticə verib. 2 dəfə Avropa, 1 dəfə dünya çempionu olub. Bu, elə-belə nəticə deyil. Ona görə də İspaniya millisindən kimsə dünyanın ən yaxşı futbolçusu olmağa layiqdir”.
1-ci yerlə bağlı tərəddüd içərisində olan Sadıqov seçimində ispaniyalı futbolçuya üstünlük verməyi düşünür: “Messi ilə Ronaldo mənim namizədlərimlə bağlı “üçlük”də mütləq olacaqlar. Bir də ispan futbolçuya səs verəcəyəm. Bizə sorğu ilə bağlı müraciət olmayıb. Həmişə namizədlərlə bağlı çox rahatlıqla cavab vermişəm. Bu dəfə də ədalətli səs vermək istəyirəm”.
Mehman SÜLEYMANOV

0
0