“Qarabağ”ın legioneri əməliyyat olunub
30.10.2012 - 15:09
“Qarabağ”ın legioneri əməliyyat olunub
“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli bu gün cərrahiyyə əməliyyatı olunub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının son turunda “Xəzər Lənkəran”la səfər oyununun hələ ilk hissəsində əvəzlənməli olan sol cinah müdafiəçisi uzun müddət yaşıl meydandan kənarda qalacaq.

Belə ki, Aqollinin 3 yerdən almacıq sümüyü qırılıb. Zədəsi ciddi olan legionerin ən azı 3-4 həftə oynaya bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ”ın digər müdafiəçisi Rəşad Sadıqov da əməliyyat olunduğundan, bir müddət komandasına kömək edə bilməyəcək.