Georgi Nikolov “Qarabağ”a sataşdı
30.10.2012 - 17:14
“AFFA prezidentinin bir neçə il əvvəl söylədiyi fikirlərlə razıyam. Bunun məğzi odur ki, futbol şoudur və futbola maraq son tura kimi saxlanılmalıdı. Vaxt keçdi və çempionat yetərincə maraqlı oldu.
Xatırlatma etməyəcəyəm, 10 turdan sonra nəticələr və səviyyə hamının gözü qabağındadır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in prezidenti Georgi Nikolov deyib.
Klubunun rəsmi saytına növbəti köşəsini yazan bolqarıstanlı funksioner bu dəfə stadionlara azarkeşlərin az gəlməyinə toxunub.
Nikolov bildirib ki, artıq heç kim nəhəng və flaqman komandalardan qorxmur: “Heç bir oyunda yekunu sensasiya saymaq olmaz. Bu, təqdirəlayiqdir – çempionat daha çox mənim sevimli “Premiership”imə (İngiltərənin aşağı divizionu) oxşayır. Orada belə şey hər həftə baş verə bilər. Ancaq yalnız biz “Premership”imə heç oxşamırıq. Stadionları ağzına kimi dolu İngiltərə ilə fərq böyükdür. Axı təəssüf ki, bizim arenalar daha çox boş olur. Hamının əvəzinə yalnız “Xəzər Lənkəran” çalışır. Ancaq onun son turda “Qarabağ”la oyununda Lənkərandakı şəhər Mərkəzi stadionu cəmi 4-5 min adam güclə toplamışdı!?”
Bu mənzərəni üzücü hesab edən prezident “Sumqayıt” – “Kəpəz”, “Bakı” – “İnter”, “Rəvan” – “Neftçi” kimi oyunlara az adam gəlməyinə təəssüflənir: “Özü də mən yalnız son turdan danışıram, ancaq mənzərə həmişəkidir. Doğrudanmı azərbaycanlı azarkeş o qədər ərköyündür ki, “Neftçi” – “İnter” (Milan) oyununda 35-ci dəqiqədə stadiondan getməyi özünə rəva bilir?
Yaxud çempionatda “İnter”lə, sadəcə, Bakı komandası ilə oyunları tam saymasın? Ümumiyyətlə, “Qarabağ”ı niyə “xalq komandası” adlandırılar ki, Quzanlıda oynamayandan sonra matçlarına 1000-dən çox adam gəlmir...”.

0
0