Mahmud Qurbanov: Futbolçulardan narazıyam
30.10.2012 - 22:19
“Üç oyundur hesabda irəlidə olduğumuz halda, yekunda məğlub oluruq”. Apasport.az saytının xəbərinə görə, bunu “Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov deyib.
Gəncə təmsilçisi Topaz Premyer Liqasının XI turunda “İnter”ə uduzdu. 1:3 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında Qurbanov bildirib ki, bəzi futbolçularda ustalıq səviyyəsi çatışmır: “Əsas heyətin iki oyunçusu olmayanda heyəti qurmağa çətinlik çəkirik. Oyun vaxtı iki futbolçumuz zədələndi, bu, oyun planımızı pozdu. Heyətlə bağlı ciddi problemlərimiz var, çox çalışmalıyıq. Oyunçuların çoxundan narazıyam. Məğlubiyyətə baxmayaraq, ruhdan düşmürük, qarşıdakı oyunlara hazırlaşacağıq”.

0
0