Bojidar Bandoviç: Nəticə qazanmaq lazımdır
30.10.2012 - 22:26
“Ağır oyun olacağını bilirdik. AZAL-da güclü komanda ruhu var”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.
Topaz Premyer Liqasının XI turunda AZAL-a səfər matçında uduzan (1:2) “zolaqlılar”ın çalışdırıcısı öncə rəqibi tərifləyib: “AZAL çox təhlükəli hücum xəttinə malikdir. Oyunda hesabı biz açdıq, ilk hissədə də bir neçə qol imkanı əldə etdik. Rəqib bizə pressinq tətbiq edərək hücum qurmağımızı çətinləşdirdi. İkinci hissədə də yaxşı oynadığımızı düşünürəm, lakin yaratdığımız qol imkanlarından faydalana bilmədik. Son ötürmələrdə daha soyuqqanlı olmaq lazımdır. Komandam yaxşı oynadı, lakin, bu, kifayət etmir. Artıq nəticə qazanmaq lazımdır. Üç gün sonra daha bir çətin oyunumuz var, bütün fikrimizi bu oyuna yönəldəcəyik”.

0
0