Vaqif Sadıqov yeni komanda yaradır
30.10.2012 - 22:31
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının XI turunda “Bakı” üzərində qazanılan qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “təyyarəçilər”in çalışdırıcısı buraxılan qola baxmayaraq, komandasının ruhdan düşmədiyini söyləyib: “Matçın çətin keçəcəyini bilirdik. Həmişə sürətli oyuna üstünlük vermişik, rəqib komandaya pressinq tətbiq edirik. İlk hissədə bu oyun üslübu bizdə alındı. Qapımızdan qol buraxdıqdan sonra ruhdan düşmədik. Hesabda irəli olduqdan sonra isə komanda müdafiəyə çox çəkildi. “Bakı” bundan istifadə edib bir neçə qol imkanı yaratdı. Bundan öncə “Simurq”la səfər oyunda çox güc sərf etmişdik. “Bakı” öz oyun üslübuna görə seçilir. Bugünkü oyunda hücum xəttində üç futbolçunun olması bizi təəccübləndirdi. Əzmkar qələbə qazandığımız üçün şadam, vacib üç xal əldə etdik. Yeni komanda formalaşdırırıq, qarşımızda duran ilk vəzifə “altılığa” düşməkdir. İnanıram ki, “Bakı” bu oyunu ilə tezliklə nəticə qazanacaq”.
Xatırladaq ki, AZAL “Bakı”ya 2:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, AZAL “Bakı”ya 2:1 hesabı ilə qalib gəlib.
0
0