Kamran Ağayev: Futbolçu əski kimidi
31.10.2012 - 00:02
Müsahibimi özüm seçdim və seçimim təsadüfi xarakter daşımır. Futbola olan xüsusi marağım məni millimizin oyunlarını izləməyə məcbur etdi. Oyunlar sevindirici nəticə ilə başa çatmasa da, meydanda adamı gülümsəməyə məcbur edən, əlindən gələni, komandanın üzünü ağ edən yeganə insan var idi mənimçün – Kamran Ağayev. Bir xanım izləyici kimi görünüşü də “məni cəlb etmədi” desəm, yalan olar. Uzatmadan keçim mənsəbə.
Kamranı tapmaq çətin olmadı. Millinin digər üzvü Vüqar Nadirova zəng vurub Kamran bəyin nömrəsini rica etdim. Dərhal verdi və Kamranı aradım. Cavabsız bir neçə çağırışdan sonra özü mənə zəng elədi və ona müsahibə ilə bağlı məlumat verdim. Deyərdim ki, tərəddüdlə oldu, amma razılaşdı. Bazar günü saat 20:00-da “Sahil”də görüşdük. Espresso və çayla söhbətə başladıq. Kamran yığmanın qapıçısı kimi kifayət qədər məşhurdu. Təqdimata ehtiyac duymadan suallarıma keçirəm.
Kamranın geyindiyi futbolkanın üstündə olan “K.A” yazısı diqqətimi cəlb elədi. Onunla bağlı videolara baxdıqda rastıma çıxan ilk şey butsunun üzərindəki Kamran yazısı idi. Sualımı bundan başladım.
- Butsunuzun üzərindəki Kamran yazısı, futbolkanızdakı “K.A” təsadüfi xarakter daşımır. Hansı şirkətlə anlaşmanız var? Bunlar hədiyyədi, yoxsa sifariş?
- “Nike” ilə anlaşmam var. Butslarım da, geydiklərim də həmin şirkətin istehsalıdı.
- Bizdə olan məlumata görə, sizinlə bir çox əcnəbi klublar, o cümlədən “Ayntraxt” və “Anji” maraqlanır. Təkliflərə müsbət cavab verməməyinizin səbəbi nədi?
- “Xəzər-Lənkəran”la müqaviləm var. 6 ildi bu klubla işləyirəm. Müqaviləm bitdikdən sonra bu haqda düşünə bilərəm.
- Müsahibələrinizdən birində “futbol həyatı 10 il olur” demişdiz. Bəs Bekhem, Giqqz, Buffon, Van der Sar? Onlar yaxşı futbolçu deyil, yoxsa istisnadı?
- Mən o müddəti təxmini demişəm. Yəni 10-15 il. Futbolçular əski kimidi. Əskini sıxıb suyunu çıxarırlar, sonra isə yenisini götürürlər. Bekhem isə son 15-20 ildə yaranan böyük oyunçulardandı.
- Sevdiyiniz və tez-tez işlətdiyiniz cümlələrdən biridi - xalq mənim ala qaşıma, ala gözümə vurulmayıb ki, əlimizdən gələn qədər yaxşı oynamalıyıq ki, onların ümidini doğruldaq. Ala qaşınıza, ala gözünüzə vurulan xanım fanatlarınız yoxdu məgər?
- Var (gülür). Xanım fanatlar da var, oyunumuzu sevən, bizə hörmət edən digər fanatlar.
- “Mən hegemon futbolçu deyiləm” - doğurdan belə düşünürsüz, yoxsa təvazökarlıq edirsiz? Hazırkı yığmamızı yada salanda çıxışınız çox parlaq, çox uğurlu görünür, ilin futbolçusu seçilmisiz, sizsiz yığmanı təsəvvür etmək olmur. Azərbaycan futbolunda hegemon siz deyilsiz, bəs kimdi?
- Yenə gülümsəyir. Baxışlarından aydın olur ki, müsahibimi təvazökarlıq duyğusu danışmağa qoymur. Baxışlarında razılıq əlamətləri görünür və sualım cavabsız qalır.
- Rusiya ilə bundan öncəki qarşılaşmada 11 metrlik cərimə zərbəsini qaytardınız və müdafiəçilərin üstünə qışqırmağa başladız. Ümumiyyətlə, siz hər topu tutandan sonra qışqıracağınızı müəyyən eləmək çətin olmur. Niyə belə aqressivsiz? Müdafiədən çox narazısız?
- Bilirsiz, emosionalam və məni başa düşmək üçün əslində bu anları yaşamaq lazımdı.
- 3 il öncə “Bakı” ilə oyunda rəqib hesabı bərabərləşdirən zaman rəqib futbolçunu (Vyaçeslav Safroni – red.) dirsəyinizlə vurdunuz. Hakimin gözündən qaçsa da, izləyicilər bunu gördü. Sizi nə əsəbiləşdirmişdi bu qədər?
- Bu hal məndə birinci dəfə idi olurdu. 9 oyun idi qol buraxmırdım. Çox əsəbiləşdim. Düzdü, üzr istədim amma o qədər aqressiv idim ki, həmin an topu da partlada bilərdim.
- “Şəxsi həyatımda problem olsa, futbolu ataram”. Bununla siz fanatlara, sizə pərəstiş edən izləyicilərə haqsızlıq etmiş olmazsız?
- Futbol ailə deyil. “Futbol mənim həyatımdı, həyatımdakı hər şeyi karyerama qurban verərəm” deyənlərə inanmıram.
- “Hörmətli olmaq istəyirsənsə, hər komandada 2 il oyna” - bunu veteran futbolçuların sitatı kimi tez-tez istifadə edirsiz. Bəs niyə 6 ilinizi “Xəzər Lənkəran”a vermisiz?
-Bilirsiz, mən o kluba cavanlığımı vermişəm. Mən o kluba ailəm kimi yanaşırdım.
Müsahibim susur, ürəkdən bir ah çəkir. İncik olub-olmadığını soruşuram, “incik deyiləm” deyir. Amma gözlərində xüsusi bir ifadə var idi, topu partlamış uşaq kimi. Növbəti suala keçirəm.
- “Jurnalist mobil telefonuma zəng edəndə sevmirəm, hirslənirəm” demisiz bir müsahibənizdə. Sizi çox hirsləndirdim?
- Yox. Əslində, mən mobil nömrəmi yığan jurnalistlərlə nəinki görüşmək, heç dialoqa girmirəm. Bununla menecer məşğul olur. Xanım olduğunuza görə sizlə görüşdən imtina edə bilmədim. Hirsli də deyiləm.
- Sevdiyiniz klub hansıdı? Avropa çempionatında favoriniz kim idi?
- Sevdiyim klub öz oynadığım klub - “Xəzər Lənkəran”. Favoritim isə müsəlmanların çox olduğu ölkələr və klublardı.
- Sevdiyiniz və sonuncu oxuduğunuz kitablar hansılardı?
- Sevdiyim kitab “Quran”, hazırda oxuduğum isə İslam əxlaqı kitabıdı.
- Sevdiyiniz dərs?
- Azərbaycan dili və ədəbiyyat.
- Ən böyük kədəri nə olub Kamran Ağayevin?
- Anamı itirmək. Ən kədərli günüm o gün olub.
- Ən böyük hədəfiniz nədi?
- Allahın yolunu azmamaq, ona layiq həyat yaşamaq.
- Ən böyük sevinciniz nə olub?
- Oyandığım, günəşi görə bildiyim hər səhər sevinirəm.
- “Əgər mən futbolçu olmasaydım” - cümləni tamamlayın...
- Yenə də futbolçu olardım.
- Hər oyuna xüsusi bir enerji ilə çıxırsız. Kimdi sizi ilhamlandıran? Hansısa xanımın bu işdə rolu var?
- Yox, yox. Ürəyimdə Allah varkən, mən hər zaman xüsusi bir sevinclə, enerji ilə oynayaram.
Rəfiqə MƏMMƏDOVA
“APASPORT” ÜÇÜN

0
0