Millimiz Avstriyaya məğlub oldu
30.10.2012 - 23:32
Millimiz Avstriyaya məğlub oldu
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları start götürüb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığması bu gün ilk görüşünü keçirib. Avstriya ilə qarşılaşan millimiz 1:4 hesabı ilə məğlub olub. Komandamızın heyətində Maya Danqadze fərqlənib.