“Kəpəz”i elitaya yüksəldən futbolçu: Qol vuracağımı bilirdim
31.10.2012 - 00:01
“İlk hissədə üstünlük bizdə idi. Bu səbəbdən də özümüzə əmin şəkildə oynadıq. Ancaq ikinci yarıda topla davranışlarda səhvə yol verdik. “İnter”i qələbə münasibətilə təbrik edirəm. Düşünürəm ki, qələbəyə layiq olan tərəf 3 xalı qazandı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in hücumçusu Elxan Əzizov deyib.
Son turun “İnter” - “Kəpəz” qarşılaşmasının 5-ci dəqiqəsində hesabı açan Əzizov Premyer Liqada ilk dəfə fərqlənib.
Onun ilk qol təəssüratları belə olub: “Mahmud Qurbanov komandaya baş məşqçi təyin olunduqdan sonra heyətdə oynamaq şansı qazanmışam. Ona qədər daha çox əvəzedici komandada çıxış edirdim. Amma nə vaxtsa Premyer Liqada doğma komandamın heyətində qol vuracağımı bilirdim. Bu üzdən ilk qolumu gördüyünüz kimi, çılğın şəkildə qeyd etdim. Heyf ki, vurduğum top qələbə üçün yetərli olmadı. Görünür, qoldan sonra daha çox müdafiəyə çəkilməyimiz də nəticəyə təsir etdi. Halbuki, bir az istəkli olsaydıq, qələbə də qazana bilərdik”.
Qeyd edək ki, Elxan Gəncə futbolunun yetirməsidi və görünüşü ilə “Qəbələ”nin sabiq futbolçusu, hazırda “Neftçala”nın şərəfini qoruyan Azər Həşimovu xatırladır. Ötən mövsümü “Tərəqqi”də keçirən 23 yaşlı futbolçunun “Kəpəz”in elitaya çıxmasında rolu böyükdü və bunu gəncəli azarkeşlər hələ də unutmur.
Belə ki, 2009/10 mövsümündə o vaxt “Gəncə” adlanan bu klubun heyətində “Şahdağ”la turun son görüşündə məhz onun vurduğu qol gəncəlilərin elitaya yüksəlməsinə səbəb olmuşdu. Özü də 1:1 hesabı ilə başa çatan həmin görüşdə qolu Əzizov 1,65 sm boyunun olmasına baxmayaraq, başla rəqib qapıdan keçirmişdi.

0
0