Maradona İngiltərə klubunda?
31.10.2012 - 00:12
Maradona İngiltərə klubunda?
Canlı futbol əfsanəsi Dieqo Maradona haqqında ortaya təəccüblü bir iddia atılıb. Apasport.az saytının xəbərinə görə, ada mətbuatı argentinalının “çempionşip” klublarından "Blekbern"in başına keçəcəyini qeyd edib.

Bildirilir ki, klub rəhbərliyi Maradonaya bu barədə təklif göndərib. Çalışdırıcı isə hələ ki, dəqiq cavab verməyib.

"Blekbern"in prezidenti Kebi Sinq Maradonanı qətiyyətlə komandanın başında görməyi arzuladığından ona istədiyi məbləği ödəməyə hazırdı. Maradona sözügedən təklifi qəbul etsə, ilk dəfə İngiltərə təcrübəsi keçəcək.