“Qalatasaray”a 8 aylıq rəqib
31.10.2012 - 00:15
“Qalatasaray”a 8 aylıq rəqib
Rumıniya ÇFR-ində baş məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının xəbərinə görə, Çempionlar Liqasında səfərdə "Qalatasaray"la 1:1 heç-heçə bitən oyundan sonra rəhbərlik Yoan Andoneylə yollarını ayırmışdı. Həmin gündən bəri boş qalan posta nəhayət ki, yeni çalışdırıcı gətirilib.

ÇFR prezidenti Arpad Pazkaninin açıqlamasına görə, bundan sonra komandanı portuqaliyalı Paulo Serxio Bento Brito çalışdıracaq. Prezident hazırda onlar üçün ən doğru variantın Brito olduğunu dilə gətirib. Paulo rumın klubu ilə 8 aylıq müqavilə bağlayıb. O, bu müddət ərzində aya 35 min avro maaş alacaq. Əgər portuqaliyalının fəaliyyəti rəhbərliyi qane etsə, mövsümün sonunda onunla 2 illik sözləşmə imzalanması nəzərdə tutulub.