“Çelsi” hakimi irqçilikdə günahlandırır
31.10.2012 - 00:26
Ötən həftəsonu keçirilən "Çelsi" - "Mançester Yunayted" qarşılaşmasının baş hakimi Mark Klattenburq qalmaqallı qərarları ilə diqqət çəkmişdi. Apasport.az saytının xəbərinə görə, "zadəganlar"ın iki üzvünü meydandan qovan referi qonaqların qələbə qazanmasında böyük rol oynamışdı.
Hakimin qərarları "Çelsi"də ona qarşı böyük nifrət oyadıb. Nəticədə paytaxt təmsilçisi Klattenburqdan bunun əvəzini çıxmaq üçün onu şikayət edib. "Çelsi" Markı həm müəmmalı qərarlarda, həm də irqçi davranışlara yol verməkdə günahlandırır.
"Zadəganlar"ın iddiasına görə, referi "Stemford Bric"dəki görüş zamanı "Çelsi"nin qaradərili oyunçularına, xüsusilə də Con Obi Mikelə qarşı alçaldıcı ifadələr işlədib. Əgər Klattenburqa qarşı ittihamlar təsdiq olunsa, irqçilik məsələsinə xüsusi önəm verən İngiltərə Futbol Federasiyasının hakimi ağır cəzalandıracağını demək olar.
Qeyd edək ki, referi növbəti turda Premyer Liqada heç bir görüşə təyinat almayıb.

0
0