“Simurq” hakimlikdən narazı qaldı - VİDEO
01.11.2012 - 22:34
“Simurq” hakimlikdən narazı qaldı - VİDEO
Topaz Premyer Liqasının XI turunda “Neftçi”yə uduzan “Simurq" klubu matçın hakimliyindən narazı qalıb. Apasport.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin rəsmi saytı bununla bağlı 13 dəqiqəlik videoçarx yayımlayıb.



Xatırladaq ki, “Simurq”un 1:2 hesabı ilə uduzduğu həmin görüşün baş hakimi Elçin Məmmədov idi. O, qarşılaşmanın 7-ci dəqiqəsində zaqatalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin etmişdi.