Mourinyo “Real”ın tarixində ən yaxşı göstəriciyə imza atdı
05.11.2012 - 18:28
Mourinyo “Real”ın tarixində ən yaxşı göstəriciyə imza atdı
İspaniya çempionatının hesabat turu Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı “Kral klubu”nda yubiley – 100-cü qələbəsini qazanıb. Bu, onun yetirmələri X turda “Saraqosa”nı böyük hesabla – 4:0 yenməsində nəticəsində olub.

Mourinyoya 100-ə çatmaq üçün 133 oyun lazım olub ki, bu da klubun tarixində ən yaxşı göstəricidir. Bununla da 49 yaşlı mütəxəssis “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiolanın rekordunun yeniləyib. Belə ki, 41 yaşlı ispan çalışdırıcı 100-cü qələbəsini 138-ci matçında qazanmışdı.

Qeyd edək ki, Mourinyo 3-cü ildir çalışdırdığı “Real”a arxada qalan 2 mövsümün hərəsində bir titul – öncə İspaniya kuboku, ardından çempionluq qazandırıb.