“Şaxtyor”un prezidenti də MDB çempionatından danışdı
04.12.2012 - 11:58
“Şaxtyor”un prezidenti də MDB çempionatından danışdı
“MDB çempionatının təşkili şübhəsiz ki, futbola marağın səviyyəsini artıracaq. Kommersiya baxımında da bu yarış çox maraqlıdır. Rəqabət ciddi şəkildə artacaq və yarış Avropanın aparıcı çempionatları ilə bir cərgədə duracaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun prezidenti Rinat Axmetov deyib.

Tanınmış klubun rəhbəri MDB çempionatının keçirilməsi ideyasına münasibət bildirib. O, Azərbaycan çempionu “Neftçi”nin də oynamağa razılıq verdiyi yarışda təmsilçimizə rəqib olmağın əleyhinə deyil: “Belə bir çempionatın qalibi və gümüş mükafatçısı Çempionlar Liqasını qazanmaq uğrunda mübarizə aparacaq. Belə hal istisna yox, qanunauyğun olacaq. Əgər bu çempionat Ukrayna futboluna fayda verəcəksə, “Şaxtyor” da orada oynayacaq. Əks halda heç bir kommersiya marağı bizi buna məcbur edə bilməz”.