“Real”ın yetirməsi “Bayer”də - RƏSMİ
05.08.2026 - 12:51
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi ispaniyalı sol cinah müdafiəçisi Migel Qutyerresi transfer edib.
25 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qutyerres “Real”ın akademiyasının yetirməsidir. O, ötən il “Jirona”dan İtaliyanın “Napoli” klubuna keçmişdi.
Qeyd edək ki, Migel Qutyerres ötən mövsüm A Seriyasında 28 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 5 oyunda forma geyinib.
- “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
0
0