“Rubin” “Neftçi” ilə yenə oynamaq istəyir
04.12.2012 - 19:01
“Rubin” “Neftçi” ilə yenə oynamaq istəyir
“Neftçi”nin Avroliqanın qrup mərhələsində rəqibi olan “Rubin” klubu son günlərin əsas müzakirə obyekti olan MDB çempionatı ilə bağlı rəsmi bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, Kazan klubu irəli sürülən bu təklifə dəstəyini nümayiş etdirib.

Rəqibimiz hesab edir ki, MDB ölkələri tarixən coğrafi, iqtisadi və sosial baxımdan bir məkan sayılır: “Müxtəlif regionlardan, özünəməxsus ənənələri olan futbol komandalarının MDB çempionatında iştirakı stadionlarda tribunalara yeni azarkeşlər cəlb edəcək. Bu, sponsorlar üçün əlavə kommersiya imkanları və MDB dövlətləri arasında iqtisadi, sosial, idman əlaqələri baxımından gələcək inteqrasiyaya zəmin yaradacaq”.

Qeyd edək ki, ölkəmizdən MDB çempionatından iştirak etməli olan komanda kimi “Neftçi”nin adı hallanır.