Marselo: Ən güclü mənəm
05.12.2012 - 02:37
2007-ci ilin yanvarında "Fluminense"dən "Real"a transfer olunan Marselo o vaxt Roberto Karlosun yerini doldurmaq məqsədilə alınmışdı. Apasport.az saytının xəbərinə görə, həmin il Karlos "Real"dan ayrılanda Marselonun 19 yaşı var idi. Buna görə də çoxları sonuncunun bu işin öhdəsindən gələ bilməyəcəyini düşünürdü.
Lakin "sambaçı" ortaya qoyduğu oyunla mövqeyində dünyanın ən yaxşılarından biri olmağı bacardı. Buna baxmayaraq, Marselo düşünür ki, o, ən yaxşılardan biri yox, mövqeyində dünyanın ən yaxşısıdı: "Məncə, dünyanın ən yaxşı sol cinah müafiəçisiyəm. Çünki özümə inanmım böyükdü. Gələcəyim haqqında düşünməli və özümü inkişaf etdirməyə davam etməliyəm. Zədələnməyim məni geri ata bilər. O anı xatırlamaq belə qorxuducudu. Ayağımın burxulduğunu hiss etmişdim, qıçlarım titrəyirdi, amma zədənin bu qədər böyük olduğunu düşünmürdüm. Hər kəs bilir ki, Karlos mənim idealımdı. Bu gün də onunla danışanda həyəcanlanıram".
Qeyd edək ki, oktyabrda məşq zamanı zədələnmiş Marselonun yanvarda meydanlara qayıtması gözlənilir.

0
0