Özbəkistan yığmasının futbolçusu Azərbaycan komandası ilə oyundan danışdı
07.12.2012 - 14:28
Özbəkistan yığmasının futbolçusu Azərbaycan komandası ilə oyundan danışdı
“MDB çempionatı çox güclü yarış olacaq. Belə bir turnirin təşkilinə normal yanaşıram. Düzdür, bunun neçə gerçəkləşəcəyini heç cür təsəvvür edə bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Özbəkistan milli komandasının və Ukrayna “Arsenal”ının tanınmış futbolçusu Maksim Şatskix deyib.

34 yaşlı hücumçu MDB çempionatının keçirilməsi ideyasına münasibət bildirib. Şatxskix Azərbaycan və digər postsovet məkanı təmsilçiləri ilə görüşməyin əleyhinə deyil: “Yarışla bağlı br çox suallar yaranır. Burada hansı klublar oynayacaq? Hansı komandalar avrouboklara çıxacaq? Digər komandalar necə olacaq? Bilirəm ki, təşkilatçıların bu suallarla bağlı müəyyən planları var. Lakin hələ də MDB çempionatının necə təşkil olunacağı mənə aydın deyil”.