“İnter Mayami” Liqalar Kubokunda ilk oyununu qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, ABŞ təmsilçisi ilk turda Meksikanın “Atletiko San Luis” klubu ilə üz-üzə gəlib.
Qarşılaşmaya qonaqlar daha yaxşı başlayaraq 4-cü dəqiqədə David Rodrigesin qolu ilə hesabı açıblar. Lakin fasiləyədək “İnter Mayami” dörd dəfə fərqlənib. Lionel Messi dubl edib, Telasko Seqoviya və Mikael dos Santos Silva da adını tabloya yazdırıb. İkinci hissədə Rafa Lyorente qonaqların ikinci qolunu vurub və matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Messi bu görüşdə 2026-cı il dünya çempionatından sonra klubu üçün ilk qollarını vurub. Argentinalı ulduz bununla yanaşı, bir məhsuldar ötürmə də edib.
- “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı