Droqba dostlarına hədiyyə payladı
08.12.2012 - 00:03
Çində çempionatın başa çatması ilə əlaqədar olaraq “Çelsi”yə qayıdan Didye Droqba, dünən gecə London restoranlarının birində komanda yoldaşlarını şam yeməyinə dəvət edib. Apasport.az saytının məlumatına görə, Kot d’İvuar yığmasının futbolçusu burada Eşli Kol, Paulo Ferreira, Branislav İvanoviç, David Luis və Con Terri ilə birgə ötən mövsüm qazandıqları Çempionlar Liqası zəfərini qeyd ediblər.
Eyni zamanda Droqba dostlarına üzərində “2011-2012 UEFA Çempionlar Liqası” yazılmış qiymətli üzüklər bağışlayıb.
Qeyd edək ki, Droqbanın komanda yoldaşları arasında Fernando Torresin olmaması ingilis mətbuatının diqqətindən yayınmayıb.

0
0