Azərbaycan yığması futbol ulduzları ilə görüşəcək
14.12.2012 - 14:20
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının çıxış edəcəyi Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirlə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin direktoru Dmitri Şneyder yarışın 25 illiyi ilə bağlı bəzi yeniliklərin olacağını bildirib.
Belə ki, gələn il yanvarın 5-13-də Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq yarışın açılış mərasiminə dünya şöhrətli futbol ulduzları da qatılacaq. Onların adları isə hələ açıqlanmır. Bundan başqa turnirlə bağlı sərgi təşkil olunacaq. Peterburq İdman Konsert Kompleksinin foyesində turnirin tarixi ilə bağlı eksponatlar yerləşdiriləcək.
Bundan başqa yarışın yayım məsələsi də açıqlanıb. Turnirin yarımfinal və final matçı “Sport1” kanalı ilə yayımlanacaq.
Biletlərin qiymətinə gəlincə isə 1 günlük giriş haqqı 150 Rusiya rublu (3,80 manat) təşkil edir. Tələbə və şagirdlər isə cəmi 10 rubla (25 qəpik) arenaya daxil ola bilər. “Zenit”in oyunlarına illik bilet alanlar isə turniri pulsuz izləyə bilər.

0
0