“Aalen”in baş məşqçisi “İnter”lə oyundan danışdı
18.01.2013 - 16:00
“Aalen”in baş məşqçisi “İnter”lə oyundan danışdı
“İnter”lə qarşılaşmadan razı qaldım. Oyunun 90 dəqiqəsi hər şeyi göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Aalen” klubunun baş məşqçisi Ralf Hasenhüttl deyib.

Almaniyalı mütəxəssis Bakının “İnter” klubu ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Futbolçularımız özünü yaxşı tərəfdən göstərə bildi. Onlar meydanda çox hərəkət edirdilər. Meydanda əsl canlanma ver idi. Oyunçular verilən tapşırıqlara lazımınca yerinə yetirdilər”.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.