Mənsimov “Xəzər Lənkəran”a baş çəkdi
19.01.2013 - 00:00
Mənsimov “Xəzər Lənkəran”a baş çəkdi
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın yanvarın 18-də axşam məşqi əlverişsiz hava şəraitində keçib. İsinmə hərəkətlərinin ardından müxtəlif çalışmalarla davam edən hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.

Axşam məşqinə qədər hələ də kamerunlu futbolçu düşərgəyə gəlib çıxmayıb. Baxışda olan İvan Deniseviçin və Alvaro Silvanın taleyinə isə Qazaxıstan təmsilçisi “Jetısu” klubu ilə bu gün keçirilməsi nəzərdə tutulan yoxlama oyunundan sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov Antalyaya gələrək komandanın yanvarın 18-də keçirdiyi axşam məşqini izləyiblər.
12cioyuncu.info