“Rapid”lə oyun niyə baş tutmadı?
19.01.2013 - 11:47
“Rapid”lə oyun niyə baş tutmadı?
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın Moldova “Rapid”i ilə yoxlama oyununun baş tutmamasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, bunun səbəbi moldovalıların oyun qrafikidir. Belə ki, “Rapid” dünən Qazaxıstan “Aktobe”si ilə görüşməli idi. Havanın əlverişsiz olması üzündən həmin matç bu günə təxirə salınıb. Buna görə də bu gün təmsilçimizlə baş tutacaq matçın keçirilməsi mümkün olmayıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Rapid”in əvəzinə Qazaxıstan “Jetısu”su ilə görüşəcək.