Fabreqas: Yenidən La Liqaya köklənməliyik
31.01.2013 - 05:29
İspaniya Kral kubokunun yarımfinal mərhələsinin ilk oyunda səfərdə “Real”la qarşılaşan “Barselona”nın (1:1) yarımmüdafiəçisi Sesk Fabreqas matçdan sonra oyun haqda fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin heyətində fərqlən yarımmüdafiəçi “Santyaqo Bernabeu” stadionunda yaxşı bir nəticə əldə etdiklərini vurğulayıb.
O, bundan sonra yalnız La Liqaya köklənəcəklərini ifadə edib:
“Son vaxtlar çox yaxşı oynayırıq. “Real”ın isə necə çıxış etməsi onların öz mövzusudur. Yaxşı bir nəticə əldə etdik və evimizə yaxşı bir hesabla qayıdırıq. Yenidən La Liqaya köklənməliyik. İlk dəqiqələrdə topdan bir az uzaq qaldıq və oyuna çox şərik ola bilmədik. Lakin sonradan bunun öhdəsindən gəldik və istəyimizə nail olduq. Madridlilər oyunlarını inkişaf etdirib-etdirmədiyini deyə bilmirəm. Amma bizə qarşı meydana həmişə yüksək əhval-ruhiyyədə çıxırlar”.

0
0