“Xəzər Lənkəran”dan “Kamboru”ya - FOTO
31.01.2013 - 15:11
“Xəzər Lənkəran”ın braziliyalı sabiq futbolçusu Beto özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, lənkəranlıların ötən yay transfer edərək, cari mövsümün gedişində yollarını ayırdığı hücumçu karyerasını vətənində davam etdirəcək.
Tam adı Andre Roberto Soares da Silva olan 31 yaşlı futbolçu “Kamboru”ya keçib. Beto 2006-cı ildə Braziliyanın C seriyasında vurduğu 12 qolla bombardir olub.
Qeyd edək ki, “Mersin İdman Yurdu”ndan gəldiyi cənub təmsilçisində 5 oyun keçirən braziliyalı 175 dəqiqə meydanda olub, 1 sarı vərəqə alıb.

0
0