Növbəti heç-heçə
31.01.2013 - 15:24
Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Rusiyanın "Norilski Nikel" klubu ilə qarşılaşıb. Oyun 4:4 hesabı ilə başa çatıb. Rusiya təmsilçisinin qapısından 2 topu Amadeu keçirib. Hərəyə 1 dəfə isə Vitali Borisov və Namiq Məmmədkərimov fərqlənib.
Qeyd edək ki, millimiz toplanış ərzində yanvarın 28-də və 29-da Rusiyanın U-21 yığma komandası ilə qarşılaşıb və hər iki oyun heç-heçə yekunlaşıb - müvafiq olaraq 4:4 və 2:2.
Mənbə: affa.az
Qeyd edək ki, millimiz toplanış ərzində yanvarın 28-də və 29-da Rusiyanın U-21 yığma komandası ilə qarşılaşıb və hər iki oyun heç-heçə yekunlaşıb - müvafiq olaraq 4:4 və 2:2.
Mənbə: affa.az
0
0