Evdə start, səfərdə yekun
31.01.2013 - 15:31
Evdə start, səfərdə yekun
Azərbaycan 21 yaşlılardan ibarət yığma komandasının 2015-ci il Avropa çempionatının seçmə mərhələsində qrupundakı təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz mübarizəyə evdə başlayaraq, rəqib meydanında yekun vuracaq.

Yığmamızın keçirəcəyi oyunların çoxu - 5-i bu ilə təsadüf edir. Onlardan 2-si ev, 3-ü səfər matçı olacaq.

2013-cü il
8 iyun: Azərbaycan - Makedoniya
7 sentyabr: İsrail – Azərbaycan
10 oktyabr: Norveç – Azərbaycan
15 oktyabr: Azərbaycan – Portuqaliya
15 noyabr: Makedoniya - Azərbaycan

2014-cü il
6 mart: Azərbaycan – Norveç
3 sentyabr: Azərbaycan – İsrail
8 sentyabr: Portuqaliya – Azərbaycan