“Xəzər Lənkəran”ın istədiyi qapıçı rəsmən “Qalatasaray”da
31.01.2013 - 22:19
“Qalatasaray” transfer dövrəsinin başa çatmasına qısa bir müddət qala sürpriz bir transferi reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Uesli Sneyder və Didye Droqbanı heyətinə qatan “Cim-Bom” mövsümün əvvəlində yollarını ayırdığı qapıçı Aykut Erçetinlə yenidən anlaşıb.
Bununla bağlı olaraq “Qalatasara” artıq birjaya məlumat verib. Belə ki, İstanbul klubu qolkiperə 2012-2013-cü il mövsümünün ikinci yarısı üçün 200000 və hər oyuna görə isə 12000 lirə ödəyəcək.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” Aykut Erçetinlə yaxından maraqlanmışdır. Lakin sonradan cənub klubu 31 yaşlı qapıçı ilə razılığa gələ bilməmişdir.

0
0