“Xəzər Lənkəran”: Biri gedir, biri də yol üstədi
01.02.2013 - 00:08
“Xəzər Lənkəran”: Biri gedir, biri də yol üstədi
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” baxışa dəvət etdiyi futbolçulardan birini geri göndərib. Apasport.az saytının məlumatına görə, "ağ-yaşıllar" bu gün İspaniyanın “Saraqosa” klubunun qapıçısı Toni Doblasla 1,5 illik müqavilə imzaladıqdan sonra xorvatiyalı qolkiper Filip Lançariçlə yollarını ayırıb.

Böyük ehtimalla, cənub klubunun heyətində baxışda olan qvatemalalı hücumçu Henri Lopes də göndəriləcək.

Azərbaycan yığmalarının hazırlıqlarına yollanmış Kamran Abdullazadə ilə Elnur Cəfərov isə artıq cənub təmsilçisinin düşərgənə qayıdıblar.

Qeyd edək ki, ötən gün “Xəzər Lənkəran” Moldova "Zimbru"su ilə Antalyada yoxlama matçında qüvvəsini sınayıb və rəqibini 2:1 hesabı ilə məğlub edib. Baş məşqçi Karles Bakesin komandasının ikinci qoluna Lopes imza atmışdı.