Bekhem gəldi, Sissoko getdi
01.02.2013 - 00:29
Bekhem gəldi, Sissoko getdi
“Fiorentina” PSJ-nin futbolçusu Mohamməd Sissoko ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, Florensiya təmsilçisi 28 yaşlı malili yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb.

Əgər mövsümün sonunda “Fiorentina” Sissokonu yenidən komandada saxlamaq istədiyi təqdirdə, onda 3,5 milyon avro təzminat haqqı ödəyib futbolçu ilə yenidən müqavilə imzalaya bilər.

Qeyd edək ki, Sissoko 2011-ci ildə PSJ-yə transfer olunmamışdan öncə 3 il “Yuventus”un formasını geyinib. Təcrübəli futbolçu “Oser” (2002-2003), “Valensiya” (2003-2005) və “Liverpul” (2005-2008) kimi komandaların heyətində çıxış edib.
0