Əfqan Talıbov: 4 yeni legionerlə müqavilə bağlayacağıq - MÜSAHİBƏ
01.02.2013 - 12:51
“Turan”ın baş məşqçisi Əfqan Talıbovun apasport.az saytına müsahibəsi
- Qış fasiləsi sona yaxınlaşır. Hazırlığınız necə gedir?
- Hazırlığımız öz axarı ilə davam edir. Gündə 2 dəfə məşq edirik. Sadəcə, yoxlama oyununa rəqib tapmaqla bağlı çətinlik yaranır. Birigün I divizion təmsilçisi “Tərəqqi” ilə matçı danışmışıq. Bundan sonra Bakıya gəlib, çempionata son hazırlığımızı orada keçirəcəyik. Hazırlığımızı bütövlüklə Tovuzda keçirməli olduq. Bunda həm hava şəraiti, həm də meydançaları nəzərə aldıq. Belə ki, 2 təbii ot örtüklü meydançada hazırlaşırıq. Arenamızla yanaşı, Tovuzdakı Olimpiya İdman Kompleksinin stadionundan da istifadə edə bilirik.
- Transferlərlə bağlı son vəziyyət nə yerdədir?
- Elə də çox transferlərimiz olmadı. Ukraynalı müdafiəçilər Anatoli Stukalovla Dmitri Pospelovu bəyənərək, transfer etməyi qərara almışıq.
- Müdafiənin sol cinahında oynayan Stukalov “Bakı” ilə Antalyada baxışda olaraq geri qaytarılmışdı...
- Bəli. O, yüksək liqada oynamaq istəyir və bizə təklif olundu. Bizə də cinah müdafiəçisi lazımdır. Özü də Stukalov həm sol, həm da sağ ayağı ilə oynadığından, müdafiənin hər 2 cinahında rahat çıxış edə bilir. Bu da bizi razı saldığından, heyətimizə qatdıq. Pospelov isə mərkəz müdafiəçisidir. Düzdür, onu dayaq yarımmüdafiəçisi kimi də sınadıq. Ancaq müdafiənin mərkəzində oyunu daha yaxşı alınır.
- İlk dəfə baxışa çağırdığınız legionerlər arasında bəyəndiyiniz yeganə futbolçu da ukraynalı - Yaroslav Suxanov idi. O da Stukalov kimi sol cinah müdafiəçisidir. Yaroslavın taleyi necə olacaq?
- Onu da saxlamaq istəyirik. Yaroslav 1993-cü il təvəllüdlüdür. Cəmi 20 yaşı olan legionerin komandamızda olmasını maraqlıyıq.
- “Bakı”nın əvəzedici heyətindən futbolçuları icarəyə götürmək planını həyata keçirdiniz?
- Bəli, 4 nəfəri götürdük. Bunlar müdafiəçi Elşad Manafov, yarımmüdafiəçilər Vüqar Bəybalayevlə Vasif Rzayev və hücumçu Ülvi Quliyevdir. Onlar əsas komandada oynamağa yaxın olan futbolçulardır.
- Transferləriniz əsasən gənclər oldu...
- Hazırkı dövrdə transfer siyasətinə buna diqqət yetirdik. Hazırda komandamızda orta yaş həddi 17,5-dir. Gənc, sürətli, mobil komandamızın olmağını istəyirik.
- “Turan”a hücumçu da lazımdır...
- Bu mövqeyə gürcü David Cabaridzeni götürmüşük. Onu da nəzərə alsaq, 4 yeni legionerlə müqavilə bağlayacağıq.
- Satmaq istədiyiniz malili hücumçunuz Salif Ballo qalası oldu?
- Bəli, o da Ender Günlü kimi komandamızda qaldı. Salifə əvvəl təkliflər var idi. İndi isə olmadığından, müqavilə ilə bizə məxsus olan futbolçu kimi “Turan”da çıxışını davam etdirəcək.
- Bəs komandaya qayıtmaq istəməyən hücumçu Fərid Quliyevin taleyi necə olacaq?
- Fərid deyib ki, özünə komanda tapmasa da, “Turan”a qayıtmayacaq. Özü bilər, maya kimi oynamayar.
Mehman SÜLEYMANOV

0
0