“Milli komandanızdan təklif almışdım, amma Torresi gətirdilər”
01.02.2013 - 17:44
"Azərbaycan futbolu inkişafdadır. Klublarınız yaxşı maliyyə imkanlarına malikdir". Bu sözləri apasport.az saytına açıqlamasında rusiyalı mütəxəssis Valeri Çetverik deyib.
Vətənində "Torpedo-Kamaz", "Kamaz-Çallı", "Çernomorets", "Rus", Belarusda "Belşina" kimi klubların baş məşqçisi olmuş əməkdar idman ustası ilə bu gün "Xəzər Lənkəran"ın Antalyada məskunlaşdığı "Ela Quality Resort" otelində rastlaşdıq.
Azərbaycan haqda geniş bilgiyə sahib olan Çetverik ölkəmizdən təklif aldığını bildirib: "Məni milli komandanıza dəvət etmişdilər. Hətta bu məqsədlə Bakıya da gəlmişdim. Federasiyanın o vaxtkı rəhbərliyi ilə görüşdüm. İndi dünyasını dəyişib. Ancaq sonradan nədənsə alınmadı. Mənim əvəzimə braziliyalı Karlos Alberto Torresi dəvət etdilər. Hər halda, o, daha tanınmış sima idi".

0
0